İran BAEA ilə əməkdaşlığı davam etdirəcəyini bəyan edib

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiq qalır və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə qarşılıqlı əməkdaşlığı davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Abbas Əraqçı "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Əməkdaşlığımız təhlükəsizliklə bağlı aşkar səbəblərə görə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası vasitəsilə həyata keçiriləcək”, – deyə nazir vurğulayıb.
Xatırladaq ki, iyunun 25-də İran parlamenti Tehranın BAEA ilə əməkdaşlığını dayandıran qanun layihəsini təsdiqləmişdi.
23:45 03.07.2025
Oxunuş sayı: 847