Pentaqon: ABŞ-nin zərbələri İranın nüvə proqramını iki il geridə qoydu

Dünən Pentaqon bildirib ki, ABŞ-nin 10 gün əvvəl İranın nüvə obyektlərinə hücumları Tehranın nüvə proqramını iki il geridə qoyub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Euronews” məlumat verib.
Bu, Donald Trampın daha əvvəl ABŞ-nin hücumlarının İranın nüvə proqramının tamamilə məhvinə səbəb olduğunu bəyan etməsindən sonra baş verib.
Pentaqonun sözçüsü Şan Paul deyib ki, “Vaşinqton nüvə proqramını bir-iki il geriyə qoyub, ən azı Müdafiə Nazirliyinin kəşfiyyat qiymətləndirmələri bunu təsdiqləyir".
23:50 03.07.2025
Oxunuş sayı: 739