ABŞ İsrailə “B-2” təyyarələri və başqa silahlar verməyi düşünür

Amerikalı konqresmenlər ölkə prezidenti Donald Trampa "B-2" bombardmançılarını və 14 tonluq bunker bombalarını İsrailə ötürməyə icazə verən ikitərəfli qanun layihəsi təqdim ediblər.
Bu barədə Crossmedia.az ABŞ KİV-ə istinadən məlumat verir.
Məlumata görə, Nyu-Yorkdan olan iki nümayəndə - demokrat Coş Qotteymer və respublikaçı Mayk Louler qanun layihəsi hazırlayıblar.
Qanun layihəsi "Bunkerlərin məhv edilməsi haqqında" adlanır və Tehran yenidən atom bombası istehsal etməyə cəhd edərsə, İsrailə İranın nüvə proqramına son qoymağa kömək etmək üçün nəzərdə tutulub.
23:32 03.07.2025
Oxunuş sayı: 627