Xameneyi: "Tramp deyir ki, İran təslim olmalıdır”

İranın ali rəhbəri Ayətullah Əli Xameneyi ABŞ-ın İrana qarşı mövqeyini sərt şəkildə tənqid edib. O, bildirib ki, “ABŞ prezidenti Donald Tramp bəyanatlarında İranın təslim olmalı olduğunu deyib”.
Crossmedia.az xəbər verir ki, Xameneyi bu barədə "x" hesabında paylaşım edib.
Xameneyinin sözlərinə görə, bu ifadə Vaşinqtonun gerçək niyyətini üzə çıxarır:
“Amerikalılar İslam İnqilabının ilk günündən bəri İranla qarşıdurma içərisindədirlər. Hər dəfə yeni bəhanə tapırlar – nüvə proqramı, insan haqları, raketlər... Amma əsas məqsədləri İranı təslim etdirməkdir.
Ayətullah Xameneyi qeyd edib ki, Tehran bu təzyiqlərə baxmayaraq geri çəkilməyəcək və müstəqil siyasətindən imtina etməyəcək. Onun bu açıqlamaları ABŞ-İran münasibətlərində gərginliyin daha da artdığı bir dövrə təsadüf edir.
13:43 03.07.2025
Oxunuş sayı: 597