Telegram Rusiyanı tərk etmir – Pavel Durov dezinformasiyalara aydınlıq gətirdi

Telegramın yaradıcısı Pavel Durov messencerin Rusiyanı tərk etməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı yayılan xəbərlər yalandır və Telegrama qarşı “məqsədli qarayaxma kampaniyası” aparılır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Pavel Durovun sözlərinə görə, bir neçə gün əvvəl bəzi Telegram kanalları platformanın guya Rusiyanı tərk etməsi ilə bağlı saxta xəbər paylaşıb. Daha sonra həmin məlumat digər kanallar tərəfindən təkrar yayılıb və orada zarafat, ya da satira olduğu qeyd olunmayıb. “Biz hətta bəzi kanallardakı bu cür paylaşımların altına təkzib qeydi əlavə etməyə məcbur olduq” – deyə Durov qeyd edib.
Telegramın təsisçisi eyni zamanda bəzi kanalların siyasi səbəblərlə bloklandığı barədə iddialara da münasibət bildirib. Onun sözlərinə görə, sözügedən kanallar yalnız şəxsi məlumatların yayımlanması səbəbilə müvəqqəti olaraq dayandırılıb və bu, siyasi motivlərlə bağlı deyil.
Durovun çıxışı Telegram ətrafında yayılan dezinformasiyaların artdığı bir dövrə təsadüf edir. O, platformanın fəaliyyətini şəffaf və neytral şəkildə davam etdirdiyini vurğulayıb.
Mehriban Yariyeva
10:39 03.07.2025
Oxunuş sayı: 714