İlham Əliyev və Paşinyanın bu ayın sonunda Dubayda görüşə biləcəyi ehtimal olunur

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu ayın sonunda Dubayda görüşə bilərlər. Bu, iki ölkə arasında sülh sazişi ilə bağlı aparılan danışıqlar fonunda mümkün hesab olunur.
Crossmedia.az bildirir ki, liderlər sonuncu dəfə may ayında Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi Sammitində görüşüblər.
Ermənistan və Azərbaycan mart ayında sülh sazişinin layihəsi üzrə konsensusa gəlsələr də, Bakı rəsmi sənədin imzalanmasından əvvəl bir neçə əlavə şərtin yerinə yetirilməsində israrlıdır. Belə ki, Azərbaycan tərəfi İrəvanın konstitusiyasında ölkənin ərazi bütövlüyünə zidd olan ifadələrin çıxarılmasını, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının (EUMA) fəaliyyətinə son verilməsini və ATƏT-in Minsk qrupunun tamamilə ləğv edilməsini tələb edir. Bakı uzun illərdir Minsk qrupunu qərəzli yanaşmada ittiham edir.
Görüşün baş tutacağı təqdirdə, bunun sülh sazişinin yekun imzalanmasına doğru vacib bir addım ola biləcəyi ehtimal olunur.
Mehriban Yariyeva
10:34 03.07.2025
Oxunuş sayı: 604