Səudiyyə Ərəbistanı İranın dronlarını gizli şəkildə vurub – Israel Hayom

Səudiyyə Ərəbistanı İrana məxsus pilotsuz uçuş aparatlarını (PUA) gizli şəkildə vuraraq zərərsizləşdirib. Bu barədə İsrailin “Israel Hayom” nəşri məlumat yayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, nəşrin məlumatına görə, bölgədəki bir neçə ölkə, o cümlədən Səudiyyə Ərəbistanı, son 12 gün ərzində baş verən İranla bağlı gərginlik zamanı havaya buraxılan PUA-ların qarşısını almaqda iştirak edib.
Mənbələr bildirir ki, Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri bu məqsədlə helikopterlərdən istifadə edib. Həmin helikopterlər İranın dronlarını İraq və İordaniya üzərindəki hava məkanında aşkar edərək zərərsizləşdiriblər.
Qeyd edək ki, bu əməliyyatın ictimaiyyətə açıqlanmaması, Səudiyyə Ərəbistanının regional sabitliyi qorumağa yönəlmiş səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Mehriban Yariyeva
10:07 03.07.2025
Oxunuş sayı: 706