İsrail XİN: İrana qarşı sanksiyaların bərpasının vaxtı çatıb

İsrailin xarici işlər naziri Gideon Saar İranın nüvə fəaliyyəti ilə bağlı beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, dünən Estoniyanın paytaxtı Tallinndə keçirilən mətbuat konfransında çıxış edən Saar bildirib: “Bu gün İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandırdığını açıqlayıb. Beynəlxalq ictimaiyyət İranın yaratdığı nüvə təhlükəsinə qarşı təcili tədbirlər görməlidir”.
Nazir “Birgə Hərtərəfli Fəaliyyət Planı”nın (JCPOA) iştirakçısı olan Avropa ölkələrinə müraciət edərək vurğulayıb ki, indi Almaniya, Fransa və Böyük Britaniya İrana qarşı sanksiyaların geri qaytarılması mexanizmini işə salmalıdır.
Gideon Saarın sözlərinə görə, İranın nüvə proqramı yalnız İsrail üçün deyil, bütün dünya üçün təhlükədir: “Bu müharibə yalnız İsrailin müharibəsi deyil. Bu, azad dünya ilə İranın terror oxu arasında dünya müharibəsidir”.
Fatimə Nəbiyeva
09:19 03.07.2025
Oxunuş sayı: 708