Suriyanın şimal-qərbində güclü partlayışlar: 7 ölü, yaralananlar var

Suriyanın şimal-qərbində yerləşən Kefraya və Əl-Fua bölgələrində bir neçə partlayış baş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, ümumilikdə üç partlayış qeydə alınıb. Partlayışların dəqiq səbəbləri hələlik müəyyən olunmayıb.
Suriya mediası hadisə nəticəsində azı 7 nəfərin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını bildirib. Yaralıların vəziyyəti barədə ətraflı məlumat verilməyib.
20:35 02.07.2025
Oxunuş sayı: 910