Fransada isti hava iki nəfərin ölümünə səbəb oldu

Fransada çox isti hava səbəbindən iki nəfər həyatını itirib, deyə Ekoloji Keçid naziri Agnes Pannier-Runacher bildirib. Təcili yardım xidmətləri isə 300-dən çox insana kömək edib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
İsti havaya görə insanlara diqqətli olmaları və ehtiyatlı davranmaları tövsiyə edilir. Xüsusilə yaşlılar və xəstə insanlar daha çox diqqətə ehtiyac duyur.
Nigar Rəhimova
19:50 02.07.2025
Oxunuş sayı: 925