Britaniya və Almaniya təhlükəsizlik sazişi imzalayacaq

Böyük Britaniya və Almaniya xarici təhdid halında qarşılıqlı yardımı nəzərdə tutan genişmiqyaslı saziş imzalamağa hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat verib.
Məlumata görə, 18 raund danışıqlardan sonra hazırlanan saziş layihəsinin mətni artıq yekunlaşmaq üzrədir. Sənədin 17 iyulda imzalanması planlaşdırılır.
Sazişin əsas bəndlərindən biri ötən ilin oktyabrında Londonda imzalanmış “Triniti-Haus sazişi”nə əsaslanan müdafiə əməkdaşlığı ilə bağlıdır. Həmin razılaşmada qeyd olunur ki, bir ölkəyə qarşı yönəlmiş strateji təhdid digər ölkəyə də təhlükə sayılır.
Bu müddəa Avropada ABŞ-ın hərbi iştirakının azalması fonunda Avropa müttəfiqlərinin təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq istədiyini göstərir.
Nigar Rəhimova
23:50 02.07.2025
Oxunuş sayı: 867