İsrail əsgərləri Suriyada İrana bağlı terrorçu qrupu saxlayıb

İsrail əsgərləri Suriyada gecə saatlarında əməliyyat keçirərək İranla əlaqəli olduğundan şübhələndikləri radikal bir qrup üzvünü saxlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə IDF məlumat verib.
İsrail qüvvələri Cənubu Suriyanın iki sərhəd bölgəsində hədəfli əməliyyat aparıblar. Əməliyyatın keçirilməsi son həftələrdə aparılan dindirilmələr zamanı toplanan kəşfiyyat məlumatlarına əsasən qərara alınıb.
Nəticədə “İran tərəfindən idarə olunan terrorçu bir hücrə” aşkar edilib. Əməliyyat zamanı silahlar, o cümlədən atıcı silahlar və əl qumbaraları aşkar edilib.
Nigar Rəhimova
16:34 02.07.2025
Oxunuş sayı: 761