ABŞ Beynəlxalq İnkişaf Agentliyinin xarici yardım proqramlarını dayandırdı – proses Dövlət Departamentinə ötürülür

ABŞ Xarici İşlər Naziri Marko Rubio bildirib ki, Birləşmiş Ştatların xarici yardım proqramlarını həyata keçirən Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) fəaliyyətini dayandırıb. Onun sözlərinə görə, Vaşinqtonun maraqlarına uyğun gələn layihələr bundan sonra ABŞ Dövlət Departamenti tərəfindən idarə olunacaq.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Marko Rubio bu qərarın 1 iyuldan qüvvəyə mindiyini qeyd edib: “1 iyul tarixindən etibarən USAID xarici yardım proqramlarını həyata keçirməyi rəsmi olaraq dayandıracaq. Administrasiyanın siyasətinə uyğun olan və ABŞ maraqlarına xidmət edən yardım proqramları Dövlət Departamentinə ötürüləcək. Bu, həmin layihələrin daha böyük hesabatlılıq, strateji yanaşma və səmərəliliklə həyata keçirilməsini təmin edəcək".
Qeyd edək ki, USAID uzun illərdir ABŞ-nin xaricdəki humanitar və iqtisadi yardım proqramlarını həyata keçirən əsas qurumlardan biri olub. Bu dəyişiklik Vaşinqtonun xarici siyasətində yardım proqramlarının daha ciddi nəzarət və mərkəzləşdirilmiş idarəetmə ilə aparılması istiqamətində atdığı addım kimi qiymətləndirilir.
Fatimə Nəbiyeva
23:30 01.07.2025
Oxunuş sayı: 762