Rusiya agentliyi Minvalın Embraer təyyarəsinin vurulması ilə bağlı yaydığı məlumatı təsdiqlədi

Rusiya müstəqil araşdırma qurumu “Agentstvo” Minval Media-nın Embraer E190 təyyarəsinin vurulması ilə bağlı yaydığı xəbərdə adı keçən kapitan Dmitri Sergeyeviç Paladiçukun həqiqətən də hava hücumundan müdafiə bölmələrində xidmət etdiyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Minval daha əvvəl kapitan Paladiçukun yazdığı iddia edilən və Rusiya Müdafiə Nazirliyinin əmri ilə AZAL-a məxsus Embraer E190 təyyarəsinin vurulmasına dair izahat məktubunu dərc etmişdi. “Agentstvo” həmin məlumatların doğruluğunu araşdıraraq, Paladiçukun Novosibirskdə yerləşən 14-cü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusu da daxil olmaqla bir neçə hava hücumundan müdafiə bölməsində xidmət keçdiyini müəyyənləşdirib.
Araşdırmaya əsasən, Paladiçuk Qazaxıstanda anadan olub və ən geci 2010-cu ildən hərbi xidmətə başlayıb. O, 2011 və 2013-cü illərdə hava hücumundan müdafiə sisteminə daxil olan 31665 saylı hərbi hissədə xidmət edib.
Qeyd edək ki, sözügedən təyyarənin vurulması iddiası regionda böyük rezonansa səbəb olub və hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.
21:25 01.07.2025
Oxunuş sayı: 604