Ermənistan və Aİ müdafiə sahəsində əməkdaşlığa başlayır

Ermənistan və Avropa İttifaqı təhlükəsizlik və müdafiə sahəsində məsləhətləşmələrə start verib. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə keçirdiyi görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Mirzoyan qeyd edib ki, bu məsləhətləşmələr əməkdaşlıq çərçivələrinin müasir çağırışlara uyğunlaşdırılması və həmin çağırışların öhdəsindən gəlmək üçün əlavə səylərin göstərilməsi baxımından əhəmiyyətlidir.
O, həmçinin Ermənistanın dayanıqlığının gücləndirilməsi, demokratik institutların inkişafı, hibrid təhdidlərə və dezinformasiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın vacibliyini vurğulayıb.
Nazir əlavə edib ki, bu çərçivədə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyəti müzakirə olunub və ölkəyə Avropa Sülh Fondu vasitəsilə yardım göstərilməsi məsələsi də diqqət mərkəzində olub.
Nigar Rəhimova
14:05 01.07.2025
Oxunuş sayı: 735