İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı genişmiqyaslı əməliyyat: 157 nəfərə həbs qərarı

Türkiyənin İzmir şəhərində bu gün səhər saatlarında genişmiqyaslı polis əməliyyatı keçirilib. İstintaq çərçivəsində Mali Cinayətlərlə Mübarizə İdarəsi İzmir Respublika Baş Prokurorluğunun koordinasiyası ilə İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı əməliyyata start verib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, əməliyyat çərçivəsində ümumilikdə 157 nəfər barəsində həbs qərarı çıxarılıb. Onlardan təxminən 120 nəfəri artıq saxlanılıb. Saxlanılanlar arasında müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri də yer alır. Onların arasında sabiq İzmir Böyükşəhər Bələdiyyə sədri Tunç Soyer və CHP İzmir İl başqanı Şenol Aslanoğlu da var.
Əməliyyatın detalları ictimaiyyətə açıqlanmasa da, istintaqın əsasən maliyyə pozuntuları və korrupsiya ittihamları ətrafında aparıldığı bildirilir. Məsələ ilə bağlı rəsmi açıqlamaların verilməsi gözlənilir. Hadisə Türkiyədə siyasi dairələrdə geniş rezonans doğurub.
Mehriban Yariyeva
13:19 01.07.2025
Oxunuş sayı: 943