Ərdoğan: "Gələn il NATO sammiti Ankarada keçiriləcək"

Gələn il NATO sammiti Ankarada təşkil olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra məlumat verib. “Haaqada keçirilən son sammitdə bizim üçün əhəmiyyətli bir qərar qəbul edildi – növbəti sammit ölkəmizdə keçiriləcək.
Türkiyə 2026-cı ilin iyul ayında NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinə ev sahibliyi edəcək. Biz alyans liderlərini paytaxtımız Ankarada qəbul edəcəyik. Çox vacib qərar
ların qəbul olunması üçün zəmin hazırlayacağıq”, – deyə Ərdoğan bildirib.
01:40 01.07.2025
Oxunuş sayı: 616