Polşada qətliamla bağlı axtarışlara Bayraktar TB2 cəlb edilib

Polşanın Limanova şəhəri yaxınlığında qızı və kürəkənini qətlə yetirərək qaçan 57 yaşlı Tadeuş Dudanı tapmaq üçün axtarışlara Bayraktar TB2 pilotsuz uçuş aparatı da qoşulub.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat yayıb.
Cinayətkarın axtarışı üçün yüzlərlə polis və xüsusi təyinatlılar səfərbər olunub. Məlumata görə, Duda iyunun 28-də polisə atəş açaraq meşəlik əraziyə qaçıb.
Qeyd edək ki, Polşa Bayraktar TB2 SİHA-larını alan ilk NATO və Aİ ölkəsidir.
04:27 01.07.2025
Oxunuş sayı: 985