Türkiyədə meşə yanğınları ilə əlaqədar 50 mindən çox adam təxliyə edilib

Türkiyənin Hatay, Bilecik və İzmir vilayətlərində baş verən meşə yanğınları nəticəsində 50 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə iyunun 30-da daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi (AFAD) zərərçəkənlərə yardım üçün 60 milyon lirə ayırıb. Yanğınların söndürülməsinə minlərlə şəxs, o cümlədən təyyarə və helikopterlər cəlb edilib.
Hadisənin səbəbləri araşdırılır, saxlanılanlar var.
23:53 30.06.2025
Oxunuş sayı: 815