Tramp Suriyaya qarşı sanksiyaları ləğv edəcək

ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvinə dair sərəncam imzalamağa hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Levit Vaşinqtonda keçirilən mətbuat konfransında açıqlama verib.
K.Levit əlavə edib ki, Tramp administrasiyası İranın nüvə potensialının məhdudlaşdırılması istiqamətində səylərini davam etdirir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün zərurət yaranacağı halda hərbi vasitələrin tətbiqi də istisna edilmir.
Ağ Evin rəsmisi qeyd edib ki, Trampın təşəbbüsü ilə İran və İsrail arasında əldə olunan atəşkəs rejimi hələ də qüvvədədir və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff İran rəsmiləri ilə dolayı diplomatik təmasları davam etdirir.
K.Levitin sözlərinə görə, İsrail Baş naziri Benyamin Netanyahunun məhkəmə prosesi Qəzza və İranla aparılan danışıqlara müəyyən təsir göstərməkdədir.
23:30 30.06.2025
Oxunuş sayı: 720