Türkiyədə zəlzələ baş verib

Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Zəlzələ Araşdırma İnstitutu məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 20:14-də Şemdinlinin Gelişim kəndi ərazisində 4,4 bal gücündə baş verib.
Zəlzələnin ocağı yerin təxminən 5 kilometr dərinliyində yerləşib.
İlkin məlumatlara əsasən, zəlzələ bölgədə hiss edilsə də, hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.
Aybəniz Səfərova
23:15 30.06.2025
Oxunuş sayı: 725