KİV: Ukrayna ümidsizlik hissinə bürünüb

Ukrayna Silahlı Qüvvələri tükənməyə yaxındır, əhəmiyyətli hərbi dəstək olmadan onların qüvvələri altı aya tükənəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu “Financial Times” nəşri diplomatik mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Ukrayna ilə Qərb liderləri arasında aparılan qapalı müzakirələrdə atəşkəs ehtimalı daha ciddi şəkildə gündəmə gətirilir.
“Ölkə ümidsizlik dalğasına bürünüb”, – nəşrdə qeyd olunur.
Həmçinin Qərb ölkələrinin bəzi yüksək vəzifəli rəsmiləri Ukraynada vəziyyətin gərgin olduğunu vurğulayırlar.
Qeyd edək ki, Ukrayna rəsmiləri uzun müddətdir davam edən müharibə fonunda silah-sursat çatışmazlığı və canlı qüvvə baxımından çətin vəziyyətdə olduqlarını dəfələrlə bəyan ediblər.
Aybəniz Səfərova
22:56 30.06.2025
Oxunuş sayı: 886