İrandan Putinə ikiüzlülük ittihamı

İran parlamentinin keçmiş vitse-spikeri Əli Mütəhhəri Rusiya Prezidenti Vladimir Putini ikili standartlarda və müttəfiqlərə qarşı seçici yanaşmada ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ə.Mütəhhəri “X” sosial şəbəkəsində paylaşım edib.
Sabiq parlament rəsmisi Moskvanın S-400 zenit-raket komplekslərini Türkiyə və Səudiyyə Ərəbistanına həvəslə təklif etdiyini, lakin İrana satmaqdan imtina etdiyini bildirib.
Mütəhhəri qeyd edib ki, Tehranın Rusiyaya, o cümlədən Ukrayna müharibəsində pilotsuz uçuş aparatları ilə yardım göstərməsinə baxmayaraq, Moskva müdafiə sahəsində əməkdaşlığa ehtiyatla yanaşır.
Onun fikrincə, S-400 sistemlərinin İrana verilməməsinin əsas səbəbi bu silahların İsrailə qarşı istifadə ediləcəyi ehtimalıdır.
Sonda siyasətçi istehza ilə qeyd edib ki, V.Putinin İslam Respublikası ilə münasibətlər kontekstində danışmağı sevdiyi "strateji tərəfdaşlıq" məhz belə görünür.
Aybəniz Səfərova
22:23 30.06.2025
Oxunuş sayı: 929