Tehran Vaşinqtona mesaj verdi: “Danışıqlar üçün hərbi təhdidlər dayandırılmalıdır”

İran Xarici İşlər Nazirinin hüquq məsələləri üzrə müavini Məcid Təxt Rəvançi BBC-yə verdiyi müsahibədə Vaşinqtonla mümkün diplomatik danışıqlar perspektivinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Rəvançi ABŞ administrasiyasının İranla dialoqu bərpa etmək niyyətindədirsə, bu istəyi real addımlarla təsdiqləməli olduğunu vurğulayıb. O qeyd edib ki, ilk növbədə Vaşinqton Tehrana qarşı hərbi hücum ehtimalını tamamilə istisna etməlidir:
“Əgər ABŞ diplomatik səylərini davam etdirmək niyyətindədirsə, bu mövqeyini hərbi təhdidlərdən imtina etməklə göstərməlidir”.
Rəvançinin sözlərinə görə, Tramp administrasiyası dolayı kanallar vasitəsilə danışıqlara qayıtmaq arzusunu Tehrana çatdırsa da, mümkün hücum təhlükəsi ilə bağlı konkret və açıq mövqe nümayiş etdirməyib.
Nazir müavini əlavə edib ki, İran nüvə proqramını yalnız dinc məqsədlərlə həyata keçirdiyini bəyan edir və ölkənin nüvə silahı hazırladığına dair iddiaları qəti şəkildə rədd edir.
19:46 30.06.2025
Oxunuş sayı: 808