Kreml: Putinin Azərbaycan lideri ilə telefon danışığı gündəmdə deyil

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevlə telefon danışığı gündəmdə deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavabında bildirib.
“Hazırda gündəmdə belə bir söhbət yoxdur, amma digər tərəfdən, lazım gələrsə, ən qısa müddətdə baş tutacaq”, - Peskov Rusiya Prezidentinin gündəliyində Yekaterinburqda azərbaycanlıların tutulması ilə əlaqədar Azərbaycan lideri ilə söhbətin olub-olmaması ilə bağlı suala cavabında qeyd edib.
Bundan başqa Peskov Moskvanın Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirlərinin ləğvi qərarından təəssüfləndiyini də vurğulayıb.
Qeyd edək ki, Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib.
14:55 30.06.2025
Oxunuş sayı: 804