Makron Pezeşkianla telefon əlaqəsi saxladı: AEBA-nın yoxlamalarını bərpa etməyə çağırdı

Dünən Fransa prezidenti Emmanuel Makronla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub. Söhbət zamanı Fransa prezidenti atəşkəsə hörmətlə yanaşmağın və danışıqlara qayıtmağın vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki , bu barədə “Mashregh News” məlumat verib.
Məlumata görə, Makron Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Tehranın nüvə proqramının tam şəffaflığını təmin etmək məqsədi ilə İrandakı fəaliyyətini bərpa etməsi üçün Pezeşkiana çağırış edib.
O, deyib ki, Tehranla danışıqlara İranın ballistik raketləri, nüvə proqramı və “Nüvə silahının yayılmaması haqqında” müqavilə məsələsi daxil edilməlidir.
10:03 30.06.2025
Oxunuş sayı: 964