İran rejiminin Mayk Pompeoya qarşı Fransada sui-qəsd planı ifşa olunub

İran rejiminin ABŞ-nin dövlət katibi Mayk Pompeoya qarşı sui-qəsd planı hazırladığı və bu planı Fransada həyata keçirməyə çox yaxınlaşdığı məlum olub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu məlumat yeni nəşr olunan bir kitabda yer alıb və planın təfərrüatları geniş şəkildə açıqlanıb. Kitabda İranın Pompeonu 2020-ci ildə Bağdadda general Qasım Süleymaninin qətlində əsas fiqurlardan biri hesab etdiyi, bu səbəbdən də ona qarşı qisas planı hazırladığı qeyd edilir.
İddialara görə, İran xüsusi xidmət orqanları Fransa ərazisində bu sui-qəsdi həyata keçirmək üçün bir neçə mərhələli əməliyyat planı hazırlayıb. Lakin planın son anda ifşa olunması və təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində qarşısı alınıb.
Bu ifşa Tehran və Vaşinqton arasında onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsinə səbəb ola bilər. Ekspertlər hesab edirlər ki, bu kimi planlar beynəlxalq hüququ pozmaqla yanaşı, regionda sabitliyi də təhlükə altına alır.
Fatimə Nəbiyeva
09:35 30.06.2025
Oxunuş sayı: 1123