"İsrail bir həftəyə İrana yenidən hücum edə bilər" - ŞOK

Tehran Universitetinin Hüquq və Siyasi Elmlər Fakültəsinin professoru İbrahim Mottəqi İsrailin yaxın günlərdə İrana qarşı yeni hərbi əməliyyatlara başlaya biləcəyini istisna etmir. Onun sözlərinə görə, ABŞ və İsrail atəşkəsdən istifadə edərək yenidən güc toplamağa çalışır və qarşıdakı günlərdə daha ciddi hərbi mərhələ başlaya bilər:
"Amerika və İsrail atəşkəslə yenidən güc yığmağa çalışır. Birincisi, qəfil tədbirlər, ikinci addım isə dağıdıcı əməliyyatlar olacaq".
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, professor İbrahim Mottəqi baş verə biləcək hücumun iki əsas mərhələdən ibarət olacağını vurğulayıb. Onun fikrincə, bu mərhələlərin birincisi qəfil tədbirlər, ikincisi isə dağıdıcı əməliyyatlar olacaq. Mottəqi həmçinin qeyd edib ki, bölgədə yaranan nisbi sakitlik aldadıcıdır və yeni eskalasiyalar ehtimalı yüksəkdir.
Qeyd edək ki, son aylarda İsrail və İran arasında gərginlik artmaqda davam edir. Regionda hərbi və diplomatik aktivlik fonunda analitiklər vəziyyətin istənilən anda nəzarətdən çıxa biləcəyini bildirirlər.
Fatimə Nəbiyeva
09:16 30.06.2025
Oxunuş sayı: 1481