Ukrayna: “İranın qəddar rejimi ilə Putinin ortaq dil tapması təəccüblü deyil”

Ukrayna İran İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaları Avropa İttifaqı ilə koordinasiya edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi rəsmi açıqlama yayıb.
Məlumatda qeyd olunur ki, Kiyev Avropa İttifaqının Rusiyaya qarşı 13-cü və 14-cü sanksiya paketlərinə də tam şəkildə qoşulub. Bundan əlavə, Ukrayna İran rejiminə qarşı tətbiq olunan Avropa sanksiyalarını da sinxronlaşdırdığını bəyan edib.
“Söhbət təkcə hərbi istehsaldan və regiondakı qonşu ölkələrə qarşı yönəlmiş terror siyasətindən getmir. Eyni zamanda, İranda mövcud olan daxili repressiyalardan da danışırıq. Bu rejim dünyanın ən qəddar idarəetmə sistemlərindən biridir. Vladimir Putinin bu rejimlə ortaq dil tapması isə təəccüblü deyil”.
Aybəniz Səfərova
00:30 30.06.2025
Oxunuş sayı: 560