Lavrov: “Qərb Kiyevdən istifadə etməklə Rusiyanı məğlub edə bilməyəcək”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qırğızıstana səfəri çərçivəsində həmkarı Cinbek Kulubayevlə görüşüb.
Crossmedia.az “TASS”a istinadən xəbər verir ki, görüş zamanı Lavrov, Qərb ölkələrinin Rusiyaya qarşı apardığı strategiyanı sərt şəkildə tənqid edib.
Lavrov Qərbi Ukrayna hakimiyyətindən “qoç kimi istifadə etməkdə” ittiham edərək, bu yanaşmanın uğursuzluğa məhkum olduğunu vurğulayıb:
“Biz Qərbin ölkəmizə qarşı görünməmiş qarşıdurma apardığını müşahidə edirik. Onlar Kiyevdəki hakimiyyəti öz məqsədləri üçün istifadə edərək Rusiyanı strateji baxımdan məğlub etmək istəyirlər. Lakin Qərb buna heç vaxt nail ola bilməyəcək”.
Bundan başqa, nazir beynəlxalq vəziyyətin mürəkkəbliyi fonunda Moskva üçün Qırğızıstanla bütün sahələrdə sıx əməkdaşlığın xüsusi önəm daşıdığını bildirib.
Aybəniz Səfərova
20:40 29.06.2025
Oxunuş sayı: 693