ABŞ Səudiyyə Ərəbistanının qərbində genişmiqyaslı hərbi infrastruktur qurur

ABŞ İranla mümkün uzunmüddətli münaqişə ehtimalını nəzərə alaraq Səudiyyə Ərəbistanının qərbində genişmiqyaslı logistik hazırlıq və hərbi infrastrukturun genişləndirilməsi işlərinə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times nəşri məlumat yayıb.
Məqalədə qeyd edilir ki, bu hazırlıqlar xüsusilə Qırmızı dəniz sahilindən təxminən 20 mil uzaqlıqda yerləşən Jenkins adlı logistik dəstək bazasının yaradılması və sürətlə inkişaf etdirilməsi ilə bağlıdır.
Peyk görüntüləri və infrastrukturdakı dəyişikliklərin təhlili göstərir ki, bu obyekt surətlə genişlənərək böyük logistik mərkəzə çevrilir. Burada sursat anbarlarının artırılması, qoşunların yerləşdirilməsi və təhlükəsizlik təminatı üzrə imkanlar genişləndirilir.
Mədinə Cəlilova
16:35 29.06.2025
Oxunuş sayı: 577