Türkiyə ABŞ-la F-35 qırıcılarının alınması üzrə danışıqları bərpa edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ-la F-35 qırıcı təyyarələrinin alınması ilə bağlı danışıqları yenidən başladığını bildirib. O, Türkiyənin 2020-ci ildə Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbilə çıxarıldığı “Joint Strike Fighter” proqramına qayıdış ehtimalını istisna etməyib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, S-400 sistemlərinin alınması Vaşinqtonun sərt reaksiyasına səbəb olmuş, nəticədə Türkiyə F-35 layihəsindən uzaqlaşdırılmışdı. Ankara bu qərarı ədalətsiz hesab etmiş və alternativ yollar axtaracağını bildirmişdi.
Yeni mərhələdə danışıqların konkret nəticə verib-verməyəcəyi hələlik bəlli deyil.
Mədinə Cəlilova
15:20 29.06.2025
Oxunuş sayı: 611