AEBA: “İran yaxın aylarda uran istehsalını bərpa edə bilər”

ABŞ tərəfindən İranın nüvə obyektələrinə endirilən hava zərbələri nəticəsində ciddi ziyan dəysə də, Tehran yaxın aylarda zənginləşdirilmiş uran istehsalını yenidən bərpa edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bəyanat verib.
Onun sözlərinə görə, Fordo, Natanz və İsfahan kimi əsas nüvə obyektləri ABŞ hücumları zamanı zədələnsə də, onların müəyyən hissələri tamamilə sıradan çıxmayıb:
“Bir neçə ay ərzində İran zənginləşdirilmiş uran istehsal edən bir neçə sentrifuqaya sahib ola bilər. Aydındır ki, ciddi ziyan dəyib, amma bu, tam ziyan deyil. Üstəlik, İranın həm sənaye, həm də texnoloji imkanları var. Əgər istəsələr, bu işi yenidən bərpa edə bilərlər”, – deyə Qrossi bildirib.
12:13 29.06.2025
Oxunuş sayı: 686