“The War Zone” - İsrail ordusu İrana qarşı hərbi hücumların növbəti mərhələsinə hazırlaşır

İsrail İrana qarşı hərbi əməliyyatların növbəti mərhələsinə ciddi hazırlıq görür. İsrail İran üzərində hava üstünlüyünü saxlayır.
Crossmedia.az hərbi nəşr "The War Zone" istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Katz, orduya İranın ballistik raket imkanlarını bərpa etməsinin və nüvə proqramını davam etdirməsinin qarşısını almaq üçün hərbi plan hazırlamağı tapşırıb.
Bu hazırlıqlar İsrailin yaxın zamanda keçirdiyi “Şirlərin oyanması” adlı 12 günlük əməliyyatın fonunda baş verir. Müdafiə naziri Katz bu əməliyyatı “İsrailin İran İslam Respublikasına qarşı yeni siyasətinin yalnız bir bucağı” adlandırıb.
Ekspertlərə görə, İsrailin bu hərbi hazırlıqları regionda gərginliyin daha da artmasına səbəb ola bilər.
10:50 29.06.2025
Oxunuş sayı: 736