Tramp xəbərdarlıq etdi: ABŞ NATO-dan ayrılır, Avropada böyük müharibə başlayır

Avropa ölkələri hərbi xərclərini artırmağa başlayıb. Niderlandın paytaxtı Haaqa şəhərində keçirilən NATO zirvəsində ABŞ Prezidenti Donald Tramp, “Hər kəs öz təhlükəsizliyini özü təmin etməlidir” deyə Avropa ölkələrini xəbərdar edib. Tramp ABŞ-nin NATO-ya əvvəlki qədər dəstək verməyəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Bu vəziyyətdən sonra Almaniya, Fransa və Niderland kimi ölkələr sosial sahələrə ayrılan pulları azaldaraq ordularını gücləndirməyə qərar verib. Mütəxəssislər bildirir ki, bu qərarlar Avropada beş ilə böyük bir müharibə başlaya bilər” qorxusunu artırır.
Hazırda Polşa, ümumi daxili məhsulunun 5%-ni müdafiəyə xərcləyir. İspaniya isə yalnız 1,3% ayırır. Bu da ölkələrin Rusiyaya olan coğrafi yaxınlığına görə təhlükəni fərqli dərəcədə hiss etdiyini göstərir.
Bundan başqa, Avropa gələcək müharibələrə hazır olmaq üçün pilotsuz uçuş aparatlarına (dronlara) və uzaqdan idarə olunan texnikalara daha çox pul yatırır. Avropa İttifaqı 2030-cu ilə qədər hərbi gücünü artırmaq üçün 150 milyard avroluq ortaq müdafiə planı hazırlayıb.
Nigar Rəhimova
22:05 28.06.2025
Oxunuş sayı: 1020