Bosniya və Herseqovinada güclü meşə yanğını baş verib

Bosniya və Herseqovinanın Lyubuşki şəhəri yaxınlığında baş verən güclü meşə yanğını geniş əraziyə yayılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, əraziyə dərhal mülki müdafiə qüvvələri və yanğınsöndürənlər cəlb edilib. Yanğının qismən söndürüldüyü bildirilsə də, tüstü hələ də ətrafdan görünür.
Qərbi Herseqovina Kantonunun Mülki Müdafiə İdarəsi hadisənin yaxınlıqdakı yaşayış məntəqələri və biznes obyektləri üçün təhlükə yaratdığını bildirib. Yanğının söndürülməsi üçün digər bölgələrdən də əlavə qüvvələr cəlb olunub.
21:40 28.06.2025
Oxunuş sayı: 833