Rusiyada təyyarə qəzası baş verib, ölənlər var

Moskva vilayətinin Kolomna şəhər rayonu ərazisində yüngül mühərrikli “Yak-18T” təyyarəsi qəzaya uğrayıb, nəticədə 4 nəfər həyatını itirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Panovo kəndi yaxınlığındakı tarlada yerə çırpılaraq yanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə baş idarəsinin mətbuat xidmətindən bildirilib ki, baş vermiş yanğın qısa müddətdə söndürülüb və hadisə yerində dağıntı müşahidə olunmur.
Məlumata görə, təyyarə Kolomnadakı Severka aerodromundan havaya qalxıb. Qəzanın nəticələrinin aradan qaldırılması üçün əraziyə 23 nəfər və 8 texnika cəlb olunub.
20:11 28.06.2025
Oxunuş sayı: 740