Tramp: "İran mümkün qədər tez görüşmək istəyir"

ABŞ prezidenti Donald Tramp Tehranın rəsmi açıqlamalarına baxmayaraq, İran rəsmilərinin tez bir zamanda onunla görüşmək istədiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp jurnalistlərin İranın hələ də zənginləşdirilmiş uran saxlama anbarlarının olmasından narahat olub-olmaması ilə bağlı sualını şərh edərkən deyib:
“Hazırda ən son düşündükləri şey zənginləşdirilmiş urandır. Onlar bu barədə düşünmürlər. Normal həyata qayıtmaq və mənimlə görüşmək istəyirlər, biz bunu tez edəcəyik".
13:14 28.06.2025
Oxunuş sayı: 558