İsrailin Qəzzaya son hücumlarında 72 fələstinli həlak olub

İsrailin 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 56 331 nəfərə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Qəzza zolağındakı Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində İsrailin Qəzzaya təşkil etdiyi hava və quru hücumları nəticəsində daha 72 fələstinli həyatını itirib, 174 nəfər isə yaralanıb.
Qeyd edək ki, İsrailin atəşkəsi pozduğu 18 mart tarixindən etibarən həyata keçirdiyi hücumlar nəticəsində 6 008 nəfər ölüb, 20 591 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Aybəniz Səfərova
18:22 27.06.2025
Oxunuş sayı: 566