İsrail İranda nüvə obyektlərinə hücuma hazırlaşır

İsrail və ABŞ kəşfiyyat mənbələrinin verdiyi məlumata görə, İsrail rəhbərliyi 2024-cü ilin noyabrında İranın nüvə obyektlərini və hərbi rəhbərliyini hədəf alan genişmiqyaslı əməliyyata hazırlıqlara başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti məlumat verib.
Ötən ilin noyabrında İsrail Müdafiə Ordusu (TsAXAL), Hərbi Hava Qüvvələri və kəşfiyyat orqanlarının 120 yüksək rütbəli nümayəndəsinin iştirakı ilə gizli müşavirə keçirilib. Görüşdə İranın nüvə proqramı və hərbi infrastrukturu üzrə 250 hədəflik siyahı təsdiqlənib. Bu hədəflər sırasında İranın hərbi komandirləri və nüvə fizikləri də yer alır.
Həmin görüşdə İranın hava hücumundan müdafiə (HHM) sistemlərinin dəqiq yerləşmə nöqtələrinin müəyyənləşdirilməsi və onların zərərsizləşdirilməsi planlaşdırılıb. Məqsəd İsrail aviasiyasının gələcək hava zərbələri üçün şərait yaratmaqdır.
Mənbələrin məlumatına görə, İsrailin İranda geniş agent şəbəkəsi 1990-cı illərin ortalarından formalaşdırılıb. Həmin şəbəkə vasitəsilə nüvə obyektləri, HHM sistemləri və əsas şəxslərin yerləşdiyi məkanlar müəyyən olunub.
Qəzet yazır ki, qərardan sonra İsrail agentləri bir neçə ay ərzində İrana yüzlərlə dronu hissələrə ayrılmış şəkildə yerləşdiriblər. Bu dronların məqsədi gələcək əməliyyatın ilk mərhələsində İranın hava müdafiə sistemlərini sıradan çıxarmaqdır.
Nigar Rəhimova
18:00 27.06.2025
Oxunuş sayı: 807