Aİ liderləri Ukraynanın üzvlüklə bağlı danışıqlarının başlanmasını dəstəkləyib

Aİ liderləri Ukraynanın üzvlüklə bağlı danışıqlarının başlanmasını dəstəkləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, "İnanılmaz dərəcədə çətin şəraitə baxmayaraq, Ukrayna hökuməti islahatları təsirli templə həyata keçirir. Beləliklə, indi işimizi gücləndirməyin və Avropa İttifaqına daxil olmaq yolunda irəliləməyin vaxtıdır", - Avropa Şurasının lidero Antonio Koşta bildirib.
"Ukrayna üzərinə düşən vəzifəni yerinə yetirdi - indi biz də hərəkət etməliyik. Axı, üzvlük prosesi ləyaqət üzərində qurulub. Ukrayna isə irəli getməyə layiqdir", - Avropa Komissiyasının sədri Ursula fon der Leyen əlavə edib.
13:42 27.06.2025
Oxunuş sayı: 517