İran XİN rəhbəri: “AEBA ilə əməkdaşlığın dayandırılması bizim üçün məcburidir”

Dünən televiziya kanallarından birində qonaq olan İranın xarici işlər naziri Abbas Əraqçı deyib ki, hazırda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossini qəbul edəcək bina qətiyyən yoxdur.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Əraqçı bildirib ki, AEBA əməkdaşları İranın nüvə proqramı fəaliyyətini yoxlamaq və obyektlərin nə dərəcədə dağıldığını görmək istəyirlər.
“Qrosi öz hesabatında dürüst davranmayıb və bizim nüvə obyektlərimizə hücum ediləndə agentlik bu hücumları belə qınaya bilməyib. Bizim AEBA ilə əməkdaşlığımızı dayandırmağımız məcburi idi”, - deyə, Əraqçı vurğulayıb.
11:30 27.06.2025
Oxunuş sayı: 802