İran Moskvadan üz döndərib: Tehran rus qırıcılarını yox, çin qırıcılarını seçir


İsraillə 12 günlük müharibə bitdikdən sonra İran Çindən J-10C qırıcılarının alınması ilə bağlı danışıqları gücləndirib.
Crossmedia.az bu barədə İran mətbuatına istinadən xəbər verir.
Bu sövdələşmənin müzakirəsi 20 ilə yaxın davam etsə də, tərəflər ödəniş məsələsində razılığa gələ bilməyiblər. İndi İsrailin aşkar edilmiş hava üstünlüyü fonunda Tehran təcili olaraq Hərbi Hava Qüvvələrini modernləşdirməyə çalışır.
Mütəxəssislər hesab edirlər ki, əvvəllər İranın hava donanmasının yenilənməsi üçün əsas hesab edilən Rusiyanın MiQ-35 və Su-35 təyyarələri ilə müqayisədə J-10C daha sərfəli və operativ seçimdir.
11:22 27.06.2025
Oxunuş sayı: 688