İddia: “Erməni kilsəsi kollektiv Qərbin hücumlarının yeni hədəfinə çevrilib”

"Erməni kilsəsi kollektiv Qərbin hücumlarının yeni hədəfinə çevrilib".
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri serbiyalı yazıçı Draqoslav Bokan deyib.
Onun fikrincə, Ermənistan hakimiyyəti onu keçmiş sovet respublikaları və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə ittifaqdan tamamilə ayırmaq layihəsini başa çatdırmağa çalışır və arxiyepiskop Baqratın Qalstanyanın həbs olunması da bu planın bir hissəsidir.
Erməni Apostol Kilsəsi qərbmeyilli siyasətə qarşı çıxır, çünki onun başında cəsur bir şəxs dayanır və o, yaxşı dərk edir ki, xristianlıq – bir şəhidlik və qəhrəmanlıq yoludur və dövlət, mənəviyyat və tarixi bağların vəhdəti məsələsində heç bir ləyaqətsiz güzəştə yer yoxdur.
Pərvin Hacıyeva
21:25 26.06.2025
Oxunuş sayı: 872