Ermənistanda vəziyyət gərginləşir: Çevriliş cəhdinə görə 15 nəfər saxlanıldı

Ermənistanda çevriliş cəhdində ittiham olunan 15 nəfər həbs edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi rəsmi açıqlama yayıb.
Bildirilib ki, həbs olunanlar arasında arxiyepiskop Baqrat Qalstanyan da var. O, hökuməti qanunsuz yollarla devirməyi planlaşdıran qruplaşmaya rəhbərlik etməkdə şübhəli bilinir.
Baş nazir Nikol Paşinyan daha əvvəl bəyan etmişdi ki, Qalstanyanın rəhbərlik etdiyi qrup 2024-cü ilin noyabrından dövlət çevrilişinə hazırlaşır. Bu açıqlamadan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən genişmiqyaslı əməliyyat keçirilib və bir sıra şəxslər saxlanılıb.
Xatırladaq ki, 2024-cü il mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın təşəbbüsü ilə Tavuş və Şirak bölgələrindən İrəvana yürüş başlanıb. Daha sonra bu etirazlar ölkə üzrə geniş vüsət alıb. Etirazçılar hökumətin istefasını və kilsənin dövlət işlərinə qarışmamasını tələb ediblər.
Aybəniz Səfərova
19:25 26.06.2025
Oxunuş sayı: 874