Braziliya Prezidenti Trampı tənqid etdi

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrdəki fəaliyyətini sərt şəkildə tənqid edib.
Crossmedia.az xəbər verir ki, Lula Trampı daha məsuliyyətli davranmağa çağırıb:
“ABŞ prezidenti Donald Tramp internetdə və sosial şəbəkələrdə vaxt keçirməkdənsə, diqqətini dövlət başçısı kimi səlahiyyətlərinin icrasına yönəltməlidir”, – deyə Braziliya Prezidenti bildirib.
Lulanın bu bəyanatı beynəlxalq siyasi dairələrdə ABŞ siyasətinə və Trampın üslubuna ünvanlanmış açıq mesaj kimi qiymətləndirilib.
18:24 26.06.2025
Oxunuş sayı: 786