Suriya Prezidenti: "İsrailin hava zərbələrinə son qoyulmalıdır"

Suriya Prezidenti Əhməd Əş-Şəraa İsrailin ölkəsinin cənub-qərbində yerləşən El-Kunaytra vilayəti və ətraf yaşayış məntəqələrinə endirdiyi hava zərbələrinin dərhal dayandırılmasını tələb edib.
Crossmedia.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dövlət başçısı bildirib ki, bu məqsədlə beynəlxalq vasitəçilərin iştirakı ilə dolayı danışıqlar kanalları aktivləşdirilib:
"Biz bu təcavüzün dayandırılmasında qətiyyətliyik və diplomatik vasitələrlə nəticə əldə etməyə çalışırıq", – deyə o, Colan təpələri və El-Kunaytra bölgəsindəki druz icmasının ağsaqqalları ilə görüş zamanı qeyd edib.
Görüşdə bölgədəki humanitar vəziyyət və təhlükəsizlik məsələləri, xüsusilə də İsrailin son aylarda həyata keçirdiyi hava hücumlarının yaratdığı gərginlik ətraflı şəkildə müzakirə olunub.
Suriya mediasının məlumatına görə, bu açıqlama Dəməşqin İsraillə dolayı təmasda olduğunu rəsmən təsdiqləyən ilk rəsmi bəyanatdır.
18:09 26.06.2025
Oxunuş sayı: 799