İrana bağlı hakerlər ABŞ infrastrukturuna hücum edib

ABŞ-nin İrandakı nüvə obyektlərinə zərbələrindən sonra İrana bağlı haker qruplarının hücumları intensivləşib. Son günlər Amerika bankları, hərbi podratçılar və neft şirkətləri hədəfə alınıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Məlumata görə, İranın təhlükəsizlik orqanları ilə əlaqəli olduğu deyilən “Charming Kitten”, “Phosphorus” və “APT33” kimi qruplar dəfələrlə ABŞ-ın kritik infrastrukturuna kiberhücum ediblər.
Haker qruplarının fəaliyyətini izləyən “Intelligence Group” şirkətinin hesabatına görə, hakerlər “Telegram”dakı mesajlarında hücumlarının təfərrüatlarını dərc edib və digər hakerləri də oxşar əməliyyatlar keçirməyə çağırıblar.
17:25 26.06.2025
Oxunuş sayı: 764