BRICS ölkələrinin daxili ticarət dövriyyəsi 1 trilyon dolları keçdi

Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev bildirib ki, BRICS ölkələrinin daxili ticarət həcmi 1 trilyon dollara çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“BRICS ölkələrinin daxili ticarəti 1 trilyon dollara yüksəlib. Bu, iqtisadi əlaqələrin möhkəmləndiyini və assosiasiyanın qlobal iqtisadiyyatın yeni arxitekturasının formalaşmasında artan rolunu təsdiqləyən mühüm bir mərhələdir. Biz, Prezident Vladimir Putinin tapşırığı ilə, BRICS Biznes Şurası vasitəsilə biznes əlaqələrini daha da möhkəmləndirməkdə davam edirik”, – deyə Dmitriyev vurğulayıb.
Fatimə Məmmədova
16:24 26.06.2025
Oxunuş sayı: 925