Tramp olduğu dövrdə Ukrayna NATO-ya üzv ola bilməz

Ukraynanın NATO-ya üzvlüyü ABŞ Prezidenti Donald Tramp hakimiyyətdə olduğu müddətdə mümkün deyil, lakin uzunmüddətli perspektivdə bu baş verə bilər. Qeyd edək ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb CNBC telekanalına müsahibəsində deyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Reallıq budur ki, əgər Alyansın əsas üzv ölkələrindən biri – yəni ABŞ hazırda Ukraynanın NATO-ya üzvlüyünə qarşıdırsa, bu, nə qısa, nə də... . Necə təyin etsək də orta müddətdə baş verməyəcək. Amma uzunmüddətli dövrdə bu istiqamətdə yol olmalıdır”, – Stubb bildirib.
O əlavə edib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü “mütləq baş verəcək”. Finlandiya Prezidenti həmçinin ümid etdiyini bildirib ki, Ukrayna “nəhayət” NATO üzvünə çevriləcək.
Fatimə Məmmədova
16:08 26.06.2025
Oxunuş sayı: 777